Səhiyyə Nazirliyi 8 mindən çox həssas əhali qrupuna aid şəxsə səyyar xidmət göstərib
Səhiyyə Nazirliyinin təşkil etdiyi həssas əhali qrupları üçün səyyar xidmət çərçivəsində 8 mindən çox vətəndaş müayinədən keçirilib.
SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, səyyar xidmətlər 1, 2 və 3 saylı uşaq evlərində, Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində, Binəqədi rayonu Xocasən bələdiyyəsində, əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, həssas əhali qrupları üçün sığınacaq və reabilitasiya mərkəzlərində təşkil edilib.
Bu tədbirlər zamanı əhalinin ağız və diş sağlamlığı üzrə ilkin müayinələr aparılıb, profilaktik tövsiyələr verilib və sağlam həyat tərzinin təşviqi məqsədilə maarifləndirmə işləri həyata keçirilib.
Səyyar xidmətlər nəticəsində 8 000-dən çox vətəndaş müayinədən keçib, onlardan 300 nəfəri əlavə müalicə üçün klinikaya yönləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB