Tanınmış həkim “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bir qrup tibb işçisini “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edib. Bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, səhiyyə sahəsində yüksək peşəkarlıq göstərmiş, uzunmüddətli və səmərəli fəaliyyəti ilə fərqlənən 7 tibb işçisi mükafata layiq görülüblər.

Təltif olunanlar arasında Azərbaycan Tibb Universitetinin III daxili xəstəliklər kafedrasının assistenti, Tədris Terapevtik Klinikasının Hepatologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, infeksionist-hepatoloq Hicran Xıdırova da var. Uzun illərdir Azərbaycanda tanınmış infeksionist-hepatoloq kimi çalışan, yüzlərlə xəstənin öz sağlamlığına qovuşmasında müstəsna əməyi olan H.Xıdırova bu sahədə mühüm elmi nailiyyətlərə də imza atıb.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə