Dəm qazı ilə zəhərlənmə: Diaqnostika və müalicə” mövzusunda vebinar həyata keçiriləcək

2 fevral 2026-cı il tarixində saat 15:00-da Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Azərbaycan Toksikoloqlar Dərnəyinin birgə təşkilatçılığı ilə onlayn şəkildə ZOOM platforması üzərindən “Dəm qazı ilə zəhərlənmə: Diaqnostika və müalicə” mövzusunda vebinar həyata keçiriləcək.

Vebinarda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, Azərbaycan Toksikoloqlar Dərnəyinin sədri, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev geniş təqdimatla çıxış edəcək və auditoriyanı maraqlandıran sualları cavablandıracaq.
Vebinar bütün ixtisaslı həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.
Vebinarda iştirak ödənişsizdir.

Vebinarda iştirak üçün link:

https://zoom.us/j/96655212238?pwd=nljWVFzPRxkXP0qqgUpPoILjhIjRmn.1
Meeting ID: 966 5521 2238
Passcode: 336450
Maraqlanan hər kəsi vebinarda iştirak etməyə dəvət edirik!

Bütün xəbərlər Facebook səhifəmizdə