...Tədqiqatın nəticələri hərəkət etmək və gündəlik problemləri həll etmək qabiliyyətinin K1 vitamini ilə əlaqəli olduğunu göstərdi.
SİA-nın məlumatına görə, The Journal of Gerontology: Medical Sciences bu yaxınlarda bir qrup amerikalı mütəxəssisin qidalanma və yaşlanma ilə bağlı apardığı təcrübənin nəticələrini dərc edib.
Tədqiqat zamanı 70-79 yaş arası 1300 nəfərin məlumatları təhlil edilib. Alimlər müəyyən ediblər ki, normal hərəkət etmək qabiliyyəti qanda K1 vitamininin səviyyəsindən asılıdır. Yetkin bir insanın qanında bu vitamin azdırsa, o, müstəqil hərəkət edə bilməz.
Məsələn, K1 vitamininin səviyyəsi aşağı olan eksperiment iştirakçılarının hərəkətlilik məhdudiyyəti normal vitamin səviyyəsinə malik olanlardan bir yarım dəfə yüksək idi.
Bu nisbət həm qadınlar, həm də kişilər üçün eyni idi.
Bədəndə K1 vitamini səviyyəsini normallaşdırmaq üçün həkimlər aşağıdakı qidaları yeməyi məsləhət görürlər: müxtəlif növ kələm;
ispanaq;
kahı;
kivi;
avokado;
banan;
cəfəri;
yaşıl çay.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə