Gəncə sakini arvadını xəstəxanalıq etdi

Gəncə şəhərində ər arvadını döyərək xəstəxanalıq edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, həyat yoldaşı onun başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Şəhər sakini Leyla Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) gətirilib. Travmatologiya şöbəsinə yerləşdirilən qadının kəllə-beyin travması aldığı məlum olub.

Aparılan araşdırma zamanı müəyyən edilib ki, Leyla Məmmədova həyat yoldaşı tərəfindən döyülüb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Müəllif:İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə