Etna vulkanı fəaliyyətə keçir

İtaliyanın Siciliya adasında yerləşən məşhur Etna vulkanı yenə aktivləşib. SİA-nın məlumatına görə, zəlzələ və lava axını ilə müşahidə olunan proses hələ cümə günündən başlayıb. Şənbə günü ərzində bu əlamətlər güclənib. Gecəyə yaxın isə eyni rayonda böyük həcmdə vulkanik külün havaya sovrulması faktı qeydə alınıb. Külək bu külü Siciliyanın ikinci böyük şəhəri Kataniya və vulkandan cənubda yerləşən başqa bir sıra yaşayış məntəqələrinə tərəf aparıb. Külün hava limanını işinə mane olması yerli hakimiyyət orqanlarını 32 aviareysi təxirə salmağa məcbur edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...