Şəmkir sakini yanıq xəsarətləri alıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1965-ci il təvəllüdlü S.Səfərov hər iki əllərinin 2-3 dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, S.Səfərov yaşadığı evdə yanğının qarşısı alarkən yanıq xəsarətləri alıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB