Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası Alpout kəndində qeydə alınıb.
Belə ki, "VAZ-2109" və "Saipa" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər; 1985-ci il təvəllüdlü Mahmudov Elnur Nurəddin oğlu, 1996-cı il təvəllüdlü Məmmədiyəyeva Zemfira Vaqif qızı, 1974-cü il təvəllüdlü Abbasov Xələf Həsənağa oğlu və 1989-cu il təvəllüdlü Məmmədiyəyev Aydin Akif oglu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, A.Məmmədiyəyevin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB