Ötən gün "Yeni Xan qızı" kanalının Beyləqan rayonu, Birinci Şahsevən kəndindən keçən hissəsində 1 nəfər batıb.
FHN-dən SİA-ya bildirilib ki, nazirliyin “112" qaynar telefon xəttinə bu barədə məlumat daxil olduqdan sonra dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb edilib.
Hazırda 2005-ci il təvəllüdlü Əhmədov Amin Zamir oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB