Dənizdə 16 yaşlı gənc batıb - FHN məlumat yaydı

Dənizdə 16 yaşlı gənc batıb - FHN məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən iki km aralı dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub. SİA xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə