Şamaxıda baş verən zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti ilə bağlı məlumat daxil olmayıb - FHN
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, fevralın 27-də yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4, 7 maqnituda zəlzələ qeydə alınıb.
FHN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB