Qəzada 9 nəfər xəsarət aldı

Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Ağalıq kəndi ərazisindən keçən hissəsində fındığ yığmaga gedən fəhlələri aparan "Ford" markalı avtomobil "Chevrolet” markalı avtomobi ilə toqquşub. SİA-nın verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan 9 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə