Talış və Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb

Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb. SİA-nın verdiyi xəbərə görə, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.

Yanğın əsasən quru ot və kolluq ərazidədir.

Hadisə yerinə FHN-in yanğınsöndürən briqadaları cəlb edilib.

Yanğının geniş əraziyə yayılmasının qarşısı almaq məqsədilə tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə