Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb. SİA-nın verdiyi xəbərə görə, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.
Yanğın əsasən quru ot və kolluq ərazidədir.
Hadisə yerinə FHN-in yanğınsöndürən briqadaları cəlb edilib.
Yanğının geniş əraziyə yayılmasının qarşısı almaq məqsədilə tədbirlər görülür.