Ağdamda elektrik kabeli oğurlayan şəxs saxlanılıb

Ağdamda artezian quyularını elektrik enerjisi ilə təmin edən 360 metr uzunluğunda kabel oğurlanıb. SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan Yusif Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə