Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı YAP-ın Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat və təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş rayonun ən ucqar dağ kəndləri olan Buzluq, Mənəşli və Todan kəndlərinin seçiciləri ilə görüşlər keçirilib. Görüşlərdə çıxış edən Elçin İsmayılov ulu öndərimiz Heydər Əliyevin sosial-iqtisadi inkişaf startegiyasının müasir qlobal çağırışlar fonunda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sahəsində Azərbaycanın son 15 il ərzində əldə etdiyi yüksək naliyyətlərdən, eləcə də Goranboy rayonunda aparılan quruculuq abadlıq işlərindən danışaraq qeyd edib ki, 2003-2018-ci illərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında möhtəşəm tarixi naliyətlər qazanılıb. Dövlətimizin qüdrəti artıb.Şəhərlərin və kəndlərin siması bütövlükdə dəyişib. İnsanların həyat tərzi yaxşılaşıb. Əmək haqqı və pensiyalar artırılıb .O qeyd edib ki,qarşımızda daha böyük vəzifələr dayanır. Əminik siz İlham Əliyevi dəstəkləməklə Azərbaycanın daha da güclənməsinə səs verəcəksiniz.
Tədbirdə çıxış edən qərargah üzvü Şahin Allahverdiyev, Fizuli Almuradov, Əzra Həşimova, Buzluq kənd sakini Bəhman Zeynalov, Rəşad Ələkbərov, Zenfira Qasımova, Todan kənd sakini Qələnfər Binnətov, Gülnarə Qurbanova, Arif Allahyarov çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs edərək 11 aprel 2018-ci il tarixdə Prezident cənab İlham Əliyevin qələbə qazanacağına inandıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB