YAP Cəlilabad rayon təşkilatının aparatı

YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin seçki qərargahının Cəlilabad şöbəsi rayonun yaşayış məntəqələrində seçicilərlə görüşləri davam etdirir. Növbəti belə görüşlər bu gün rayonun Uzuntəpə və Üçtəpə kəndlərində keçirilib.

Keçirilən tədbirlərdə Cəlilabad rayonu üzrə seçki qərargahının rəhbəri, YAP rayon təşkilatının sədri M.Mirxaslı giriş sözü ilə seçicilər qarşısında çıxış edib, prezidentliyə namizəd cənab İlham Əliyevin həyat və fəaliyyətindən, ölkə rəhbəri olduğu müddətdə xalqın mütləq əksəriyyətinin etimadını doğrultmasından, Azərbaycanı bütün dünyada tanıtmasından, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində gördüyü konkret işlərdən, ölkə iqtisadiyyatının sürətli inkişafından, respublikanın bütün bölgələrində aparılan quruculuq və yeniləşmədən, çoxsaylı təhsil, səhiyyə, mədəniyyət və digər sahələri əhatə edən yeni, müasir tipli obyektlər tikilib istifadəyə verilməsindən, əhaliyə müxtəlif xidmətlər göstərən sosial sferanın yenidən qurulmasından, əhaliyə göstərilən gündəlik diqqət və qayğıdan ətraflı söz açdı və bildirib ki, bütün bunlar cənab İlham Əliyevin gərgin əməyi, diqqət və qayğısı sayəsində mümkün olmuşdur.

M.Mirxaslı əminliklə vurğulayıb ki, bütün Azərbaycan xalqı kimi cəlilabadlılar da cənab İlham Əliyevi çox sevir və heç şübhəsiz ki, bütün seçicilərimiz 11 apreldə yekdilliklə cənab İlham Əliyevə səs verəcəklər.

Uzuntəpə və Üçtəpə kəndlərində keçirilən tədbirlərdə seçicilər qarşısında çıxış edən Milli Məclisin deputatları Mirkazım Kazımov və Malik Həsənov bildiriblər ki, məhz cənab İlham Əliyevin ölkə prezidenti olduğu son 15 ilə yaxın müddətdə ölkə iqtisadiyyatı sürətlə inkişaf edib, ümumi daxili məhsul 3.2 dəfə, büdcə gəlirləri 3.5 dəfə çoxalıb. Ölkənin strateji valyuta ehtiyyatları 26.6 dəfə artıb, maliyyə imkanları əsaslı şəkildə yaxşılaşdırılıb. Əhalinin nominal gəlirlərində 0.6 dəfə artım olub, minimum əmək haqqında 12.9 dəfə artıb. Əhalinin sosial müdafiəsinin güclənməsinə səbəb olan mühüm layihələr reallaşdırılıb, sosial infrastrukturun yenilənməsi istiqamətində nəhəng işlər görülüb. Son 15 ildə təhsilə ayrılan xərclər 8.5 dəfə, elmə ayrılan xərclər isə 6.6 dəfə artıb.

Bu dövrdə səhiyyəyə ayrılan xərclər 13.5 dəfə çoxalıb, 3100 məktəb binası, 642 tibb müəssisəsi inşa və təmir olunub, 3500 nəfər tələbə gənclərin müxtəlif ixtisaslar üzrə dövlət hesabına, xaricdə təhsil almalarına şərait yaradılıb. Cənab İlham Əliyevin ölkə rəhbəri olduğu dövr Azərbaycanın ən yeni tarixinə sabitlik, təhlükəsizlik, inkişaf dövrü kimi daxil olub, Azərbaycan bütün dünyada sabitlik adası kimi tanınıb. Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması daim diqqət mərkəzində olub, həyata keçirilən uğurlu siyasət sayəsində demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ciddi nəticələr əldə olunub. Bütün bunlara görə də Azərbaycan xalqı öz prezidentini çox sevir və onun daxili və xarci siyasətini daim dəstəkləyirlər.

Natiqlər əmin olduqlarını bildiriblər ki, aprelin 11-də də cəlilabadlı seçicilər həmişə olduğu kimi yenə də cənab İlham Əliyevin ətrafında sıx birləşəcək və yekdilliklə ona səs verəcəklər.

Görüşlərdə çıxış edən Uzuntəpə kəndində çalışan təhsil işçiləri Raminə Ağayeva, Azər Cəfərov, Validə Babayeva və Firudin Rzayev, sahibkar Hacıağa Nəsirov, ərazidə məskunlaşmış Şuşa qaçqınları Əliqulu Quliyev və Amil Əliyev, mühasib Zəkəriyyə Ağayev, sərbəst güləş üzrə Azərbaycanın əməkdar məşqçisi Ərəbxan Hətəmov, Üçtəpə kəndində seçicilərlə keçirilən görüşdə çıxış edən uşaq baxçasının müdiri Qiymət Salmanova, təhsil işçiləri Amalya Abbasova, Sakit Hüseynov, Günəş Əsədova və Cəbrail Rüstəmov, ağsaqqallar Mülayim Piriyev və Tofiq Niftiyev, Şair Salaman Yarıyev və başqaları cənab İlham Əliyevin rəhbərliyi dövründə insanlara diqqət və qayğının artdığını, bütün bölgələrin, o cümlədən Cəlilabad rayonunun kəndarası yollarının asvaltlanması, qaz və elektrik enerjisi təchizatının yaxşılaşması, rayon mərkəzinin və kəndlərin xeyli abadlaşmasını, digər abadlıq, quruculuq işlərinin görülməsini razılıq hissi ilə qarşıladıqlarını qeyd ediblər və 11 apreldə keçirilən seçkilərdə cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə