Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Balakən rayonunda uğurla davam edir. Kampaniya çərçivəsində rayonun Yeni Şərif kənd seçiciləri ilə növbəti görüş keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Balakən rayon şöbəsinin təbliğatını üzvləri çıxış edərək Cəanab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində həyata keçirilən qlobla layihələrdən. Qəbul olunan sosial-iqtisadi dövlət proqramlarından, əldə olunan daxili və xarici uğurlu siyasətdən danıblar. Çıxış edənlər bu uğurların davaçm etdirilməsi üçün seçiciləri gəal olmağa və 11 aprel də məntəqələrə gedərək Cənab İlham Əliyevə səs verməyə çağıeıblar.
Görüşdə Yeni Şərif kənd ağsaqalları adından çıxış edən YAP veteranı Ramazan Xanayev seçiciləri Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan haqqında deyimlərini xatırlayaraq, Onun varisi Cənab İlham Əliyevin xalqın sosial rifah halının yaxşılaşdırılması, dövlət müstəqilliyimizin daha da möhkəmlənməsi istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi müdirik siyasətdən danışdı. O hər zaman olduğu kimi bu dəfə seçkilərdə fəal olacaqlarını və Cənab İlham Əliyevə səs verəcələrini bildirb.
Şərif kənd ziyalıları adından çıxış edən YAP fəalı Sabir Xoçberov rayonun təhsil sistemində aparılan islahatlardan, yeni məktəb binalarının tikintisindən, müəllimlərin diaqnostik yolla əmək haqlarının artırılmasından geniş söhbət açaraq seçki günü Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildirib.
Görüşdə kənd ağbirçəkləri adından çıxış edən Meysarat Qaysayeva 11 apreldə yalnız və yalnız İlham Əliyev cənablarına səs verəcəklərini söyləyib.
Görüşdə Milli Məclisin üzvü Nəsib Məhəməliyev çıxış edərək ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin vətəndaşların arzularının reallaşması istiqamətində davamlı və qətiyyətli siyasət apardığını bildirib. Qeyd edib ki, insanların sosial rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülür, pensiyalar artırılır, yeni iş yerləri yaradılır. O bu uğurların davamı naminə seçiciləri 11 apreldə keçiriləcək prezident seçkilərində Cənab İlham Əliyevə səs verməyə çağırdı.
Zümrüd
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB