Nəsimi rayonunda seçicilərlə növbəti görüş keçirildi

Bu gün YAP Mərkəzi Seçki Qərargahının Nəsimi rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qarabağ müharibəsi veteranları, şəhid ailələri, Çernobıl faciəsi, eləcə də Əfqanıstan müharibəsi veteranları ilə görüş keçirilib.

Görüşdə çıxış edən Mərkəzi Seçki Qərargahının Nəsimi rayon şöbəsinin və rayon təşkilatını sədri, millət vəkili Məlahət İbrahimqızı dövlətimizin əldə etdiyi uğurlar və Azərbaycanın regionun lider dövlətinə, dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini bildirib. 2003-cü ildən bugünədək Cənab İlham Əliyevin gördüyü işlərə nəzər salan rayon təşkilat sədri respublikamızda Ordu quruculuğu sahəsində qazanılmış uğurlardan da danışıb. 2016-cı ilin aprel ayında Milli Ordumuzun işğal altında olan torpaqlarımızın azad olunması üçün həyata keçirilən hərbi əməliyyatlarda Azərbaycan əsgərinin tarixi qəhrəmanlığını xüsusi vurğulayıb. M.İbrahimqızı Aprel Zəfərinin düşmənlərimiz üçün gözdağı və dərs olmaqla, "İlhamla İrəli!" fəlsəfəsinin işğalda olan torpaqlarımızın qurtuluş yolu olduğunu qeyd edib. O, seçiciləri 11 apreldə keçiriləcək prezident seçkilərdə uğurlu gələcəyimiz naminə İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Ədalət Muradov, Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədri Fizuli Rzaquliyev, Çernobıl əlilləri İctimai Birliyinin sədri Mirhəsən Həsənov, Dünya Azərbaycanlılarının Vətənpərvərlik İctimai Birliyinin sədri Nəsimi Qarabağlı, "İrəli" Gənclər Təşkilatının sədri Mirhəsən Seyidov və başqaları çıxış edərək son 15 ildə əldə olunan nailiyyətlərlə yanaşı, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş sabitliyin Prezident İlham Əliyev tərəfindən qorunmasını bildiriblər. Qeyd olunub ki, Cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasi fəaliyyət ölkəmizin siyasi-iqtisadi həyatında böyük uğurların əldə olunması ilə nəticələnib. Növbəti 7 il ərzində Azərbaycanın daha güclü və qüdrətli dövlət olacağına əminliklərini bildirib, seçiciləri Cənab İlham Əliyevə səs verməyə səsləyiblər.

Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri və veteranlar möhtərəm prezidentimiz Cənab İlham Əliyevin titanik fəaliyyəti sayəsində görülmüş əzəmətli işləri xüsusi qeyd edib və partiyanın namizədi İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Görüşün sonunda iştirakçılar yekdilliklə "İLHAMLA İRƏLİ" səslənərək, 11 Apreldə keçiriləcək prezident seçkilərində Cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsinə çağırış etdilər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə