Xaçmazlıların seçimi Cənab İlham Əliyevdir

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Xaçmaz rayon şöbəsi YAP tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Hülövlü, Qalağan və Aşağı Zeyid kənd seçiciləri ilə görüş keçirib.

Görüşü YAP Mərkəzi Seçki Qərargahının Xaçmaz rayon şöbəsinin və rayon təşkilatının sədri Nazim Ağayev açaraq, 11 aprel tarixinin Azərbaycanın gələcək inkişaf yolunda önəmli zaman olduğunu bildirib. O qeyd edib ki, son 15 il ərizində qalibiyyətlər yaşadığımızdan hər bir azərbaycanlının seçimi yalnız və yalnız Cənab İlham Əliyev olacaq: "Azərbaycanın iqtisadi inkişafı, siyasi sabitlik, sərhədlərimizin təhlükəsizliyinin təmini, dünyanın stabil dövlətlərindən birinə çevrilməsi Azərbaycan Prezidenti İlham Əliyevin məqsədli fəaliyyətinin məntiqi nəticəsidir. Şübhəsiz ki, bu inkişafın təməlində uğurlu iqtisadi və siyasi islahatlar dayanır. Bu gün heç bir dövlət Azərbaycan layihələrinə müdaxilə edə bilmir. Bu, Prezidantimizin böyüklüyü, müdrikliyi, iradəsi, liderliydir. Rayonun Hülövlü, Qalağan və Aşağı Zeyid kənd seçicilərini ölkəmizin gələcək inkişafına - Cənab İlham Əliyevə səs verəməyə çağırıram".

Tədbirdə seçicilərdən Yavər Qasımov, Ağalar Hacıyev, Vəfa Məmmədova, Arif Manafov və başqaları çıxış edərək Prezident İlham Əliyevin başçılığı ilə qazanılmış uğurları və siyasəti dəstəklədiklərini bildiriblər. Qeyd olunub ki, Azərbaycan dövlətinin prioritet istiqamət olaraq qəbul etdiyi sosialyönümlü siyasət xətti də uğurla davam etdirilir. Əhalinin maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin məniqi nəticəsi olaraq, vətəndaşların maddi rifah halı yaxşılaşdırılıb, sosial müdafiə və təminat sistemi gücləndirilib. Çıxış edən seçicilər vurğulayıblar ki, növbəti 7 ili etibar edəcəyimiz namizəd artıq məlumdur - Cənab İlham Əliyevlə irəli!

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə