Şəkinin Kiçik Dəhnə kəndinin seçiciləri “İlhamla irəli” deyirlər!
11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəkidə seçicilərlə görüşlər uğurla davam etdirilir. Belə ki, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin təbliğat qrupunun iştirakı ilə növbəti görüş rayonun Kiçik Dəhnə kəndində keçirilib. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin sədri Həsən Həsənov açaraq prezidentliyə namizəd Cənab İlham Əliyevin 2003-2018-ci illər ərzində ölkə Prezidenti kimi gördüyü böyük işlərdən danışıb. Natiq bildirib ki, Prezident İlham Əliyevin müdirik, məqsədyönlü siyasəti nəticəsində son 15 ildə Azərbaycan çox böyük uğurlara imza atıb. O əmin olduğunu qeyd edərək deyib ki, Kiçik Dəhnə kənd seçiciləri 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verəcəklər.
Tədbirdə YAP Siyasi Şurasının üzvü, millət vəkili, Tarix institutunun direktoru, Akademik Yaqub Mahmudov, ŞREM-in direktoru Yusif Şükürlü və YAP Şəki təşkilatı aparatının baş məsləhətçisi Kamil Məmmədov çıxış edərək prezidentliyə namizəd Cənab İlham Əliyevin həyat və fəaliyyəti, eyni zamanda ölkəyə rəhbərlik etdiyi 15 il ərzində gördüyü işlər, Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə sonsuz xidmətləri barədə ətraflı məlumat verib, seçiciləri bu uğurların davam etdirilməsi üçün Cənab İlham Əliyevə səs verməyə çağırıblar. Tədbirdə çıxış edən seçicilər də artıq öz seçimlərini etdiklərini, 11 aprel tarixdə xalqımızın layiqli oğlu İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
RÖVŞƏN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB