YAP Mərkəzi Seçki Qərargahının Qusar rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat kampaniyası uğurla davam etdirilir. Dünən təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Əniğ kənd seçiciləri ilə görüş keçirilib.
Görüşdə YAP rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməklə, ölkəmizin sabitlik və inkişafın, vətəndaş həmrəyliyinin təmin olunduğunu güclü dövlətə çevrildiyini bildirib. Qeyd edib ki, 2003-2018-ci illərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti artıb, ölkəmizin siması bütünlüklə dəyişib, əhalinin həyat səviyyəsi yüksəlib. Vurğulayıb ki, xalqın böyük rəğbət və inamını qazanmış Cənab İlham Əliyevin prezidentliyə namizədliyi geniş ictimaiyyət tərəfindən 7 il üçün daha güclü və qüdrətli Azərbaycan naminə dəstəklənəcəyi şübhəsizdir.
Rayon şöbəsinin sədri müstəqil Azərbaycanın daha böyük uğurlar əldə etməsi naminə, seçiciləri fəal olmağa və partiyanın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Milli Məclisin üzvü Azər Badamov və YAP rayon təşkilatının təbliğat-təşviqat qrupun üzvi Nadirşah Şirinov çıxış edərək 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə həyata keçirilən islahatlardan danışaraq, seçiciləri prezident seçkilərində alternativsiz namizəd olan Cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər adından çıxış edən Abdulla Seydiyev, Yavər Dövlətov və Yevrulla Qəmbərov 11 aprel 2018-ci il tarixdə hamı bir mənalı olaraq partiyanın namizədi İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB