Yevlaxda "İlhamla İrəli" təşviqat kompaniyası uğurla davam edir

Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Yevlax rayon şöbəsinin təşviqat qrupu üzvüləri Yevlax rayonunun Tanrıqulular və Salahlı kəndlərində seçicilərlə görüş keçirdi.

Tədbiri giriş sözü ilə YAP Yevlax rayon Təşkilatının sədr müavi, Aparat rəhbəri Əli Quliyev açdı. O, qarşıdan gələn Prezident seçkiləri haqqında məlumat verərək seçki günü hər bir seçicinin seçkiyə gəlməyinin vacibliyini vurğuladı. Mən inanıram ki, hər bir Yevlaxlı seçici öz seçki hüququndan istifadə edərək Yeni Azərbaycan Partiyasının namizədi, xalqın sevimlisi İlham Əliyev cənablarına səs verəcəkdir.

Sonra Milli Məclisin deputatı Respublika Həmkarlar İttifaqı Konfedarasiyasının sədri Səttar Möhbalıyev geniş nitq söylədi. O, vurğuladı ki, cənab İlham Əliyev son 15 ildə Azərbaycan üçün sürətli inkişaf yaratmaqla dünya ölkələri içərisində nüfuz və qüdrətimizi qat-qat artırıbdır. Hər bir Azərbaycanlı kimi Yevlaxlıların da sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Məhz bu amillərə görə Xalq Onu özünün böyük dövlət xadimi hesab edir və bu seçkilərdə məhz Cənab İlham Əliyevə səs verəcəkdir. Biz Azərbaycanlı olaraq fəxr edirik ki, hər bir Azərbaycanlının Prezidenti olan Cənab İlham Əliyev yenidən Prezident seçiləcəkdir.

Sonra çıxış edən YAP Yevlax Rayon təşkilatı Qadınlar şurasının sədri Əminə Əhmədova bildirdi ki, Xalqın Cənab İlham Əliyevə dəstəyi böyükdür. Bu gün Azərbaycanın hər bir rayonu hətta kəndləri belə inkişaf edir. Bütün bunların davamlılığı üçün 11 Apreldə seçkilərə gələrək hər birinizi Cənab İlham Əliyevə səs verməyə çağırıram. Gəlin birlikdə İlhamlı gələcəyə inamla addımlayaq.

Çıxış edən kənd sakinləri seçicilər Aslanov Zaməddin və Əhmədov Rəhim kənd sakinləri adından bildilər ki biz artıq öz seçimimizi etmişik. Azərbaycanı işıqlı gələcəyə doğru aparan möhtərəm Prezidentimizin gördüyü işlər həyata keçirdiyi uğurlu inkişaf proqramı danılmazdır. Ona görədə biz hamılıqla 11 apreldə Yeni Azərbaycan Partiyasının vahid namizədinə səs verəciyik.

Bütün xəbərlər Facebook səhifəmizdə