Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Göyçay rayonunun Mallı-Şıxlı kəndində seçicilərlə görüş keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin sədri Sahib Şükürov çıxış edərək, bildirib ki, biz Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında iştirak edirik və insanların sevgisini canlı müşahidə edirik: "Cənab İlham Əliyev rəsmən qeydə alınan ilk prezidentliyə namizəddir. Vətəndaşlarımız Onun namizədliyinin müdafiəsi üçün imza toplama kampaniyasında çox aktiv iştirak etmiş və qısa müddətdə bu proses yekunlaşmışdır. Son 15 il, həqiqətən, müstəqil Azərbaycan dövlətinin tarixində ən uğurlu inkişaf dövrü kimi xarakterizə edilə bilər. Cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoydu". S.Şükürov bu uğurların davam etməsi üçün kənd sakinlərini 11 apreldə Cənab İlham Əliyevə səs verməyə səslədi.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin üzvləri Ləman Hacıyeva, Elnur İsmayılov, Elçin İsmayılov, Namət Şirinov, kənd sakinlərindən Nuriyyə İsmayılova, Vaqif Həşimov, Yaxşı Xəlilova və başqaları Azərbaycanda olan yüksək inkişafdan, mədəniyyət sahəsinə göstərilən qayğı və diqqətdən danışıblar. Azərbaycanı işıqlı gələcəyə doğru aparan Cənab İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi uğurlu inkişaf proqramının danılmaz olduğunu vurğuladılar. Natiqlər qeyd ediblər ki, növbəti 7 ildə Azərbaycan Cənab İlham Əliyevin rəhbərliyi ilə qələbələrini davam etdirəcək, qüdrətli dövlət olaraq yeni nailiyyətlərə imza atacaq.
Afət
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB