Qusarlılar yekdilliklə Cənab İlham Əliyevi dəstəkləyəcəklər

11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahının Qusar rayon şöbəsi rayonun Urva, Çiləgir kənd seçiciləri və mədəniyyət işçiləri ilə görüşlər keçirilmişdir.

Görüşlərdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mütərəqqi dövlət siyasətinin həyata keçirildiyini bildirərək, dövrün tələblərinə uyğun sistemli islahatların aparıldığını diqqətə çatdırıb: "Görülən tədbirlər dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini təmin edib". Rayon təşkilatının sədri çıxışında 11 aprel tarixində keçiriləcək prezident seçkilərində Vətənini və dövlətini sevən hər bir vətəndaşı Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə Milli Məclisin üzvü Azər Badamov, rayon şöbəsinin təbliğat-təşviqat qrupun üzvləri Nadirşah Şirinov çıxış edərək, səsvermə hüququ olan hər bir rayon sakinin fəallıq nümayiş etdirməsinin vacibliyini vurğulayıblar. Natiqlər, əmin olduqlarını bildiriblər ki, qusarlı seçicilər bu seçkilərdə də, birmənalı tərzdə, partiyanın namizədi Cənab İlham Əliyevi dəstəkləyəcəklər.

Seçicilər adından çıxış edən Zahir Mustafayev, Neva Abdurahmanova, Mütəllim Şamilov, Məzahir Tağıyev qeyd ediblər ki, onlar hər zaman Yeni Azərbaycan Partiyasının siyasi dəst-xəttini dəstəkləyiblər və bu gün də bu, belədir. Odur ki, aprel ayının 11-də Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.

NƏZAKƏT

Bütün xəbərlər Facebook səhifəmizdə