Oğuzlular Cənab İlham Əliyevə səs verəcəklər

11 aprel prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Oğuz rayon şöbəsi Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Padar, Dəymədərə və Yemişənli kəndlərindən olan seçicilərlə görüş keçirib.

Tədbirdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Oğuz rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, Azərbaycan dünyada demokratiya yolu ilə inkişaf edən, güclü iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malik ölkə kimi tanınır. Sabitlik, təhlükəsizlik, tolerantlıq dövlət siyasətinin prioritetini təşkil edir. S.Məhərrəmov seçiciləri 11 aprel prezident seçkilərində fəal olmağa və Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə YAP Mərkəzi Seçki Qərargahı Oğuz rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Emin Əzimli, Səyyaf Abbasov çıxış edərək, qeyd ediblər ki, son 15 il ərzində Azərbaycanın uğurlu və şərəfli yol keçdiyi beynəlxalq aləmdə də etiraf olunur. Natiqlər seçiciləri davamlı inkişaf naminə Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən kənd sakinləri Nüsrət Babayev, Əntiqə Tahirova, Əlyar Mütəllimov və Məşuqə Kərimova bütün seçiciləri dövlətimizin gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edən bu seçki prosesində fəal iştirak etməyə, aprelin 11-də seçki məntəqələrinə gedərək, Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə