Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Sabunçu rayon şöbəsi YAP tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon seçiciləri ilə "İLHAMLA İRƏLİ!" şüarı altında möhtəşəm zirvə görüşü keçirib.
Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahı Sabunçu rayon şöbəsinin sədri Mehriban Abasquliyeva bildirib ki, Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Cənab Prezidentin siyasətinin mərkəzində insan amili dayandığını diqqətə çatdıran M.Abasquliyeva qeyd edib ki, son 15 ilin gerçəklikləri, əminliklə söyləməyə əsas verir ki, Prezident İlham Əliyev dövlət başçısı kimi, Ona bəslənilən ümidləri doğruldub və Özünü qətiyyətli və praqmatik siyasətçi kimi təsdiqləyib: "Azərbaycan dövlətinin və xalqının milli maraqlarını hər şeydən üstün tutan Cənab İlham Əliyev bütün Sabunçu rayon seçicilərinin alternativsiz namizədidir. 11 apreldə bütün seçiciləri bu siyasətə səs verməyə çağırıram. Cənab İlham Əliyevə səs vermək möhtəşəm nailiyyətlərin davamlı olmasına səs vermək, iqtisadiyyatımızın daha da inkişafına səs vermək deməkdir, vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəlməsinə, işğal altında olan torpaqlarımızın yaxın gələcəkdə azadlığına səs vermək deməkdir".
Tədbirdə millət vəkilləri Dilarə Cəbrayılova, Eldar Quliyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək, bildiriblər ki, son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən Azərbaycan tək Cənubi Qafqazın deyil, Qərblə Şərqin ortalığında yerləşən böyük bir bölgənin ən nüfuzlu dövlətlərindən birinə çevrilib: "Bu uğur Ulu Öndər Heydər Əliyev siyasi və iqtisadi kursunun davamçısı Cənab İlham Əliyevin 2003-cü ildən başlayaraq, apardığı düşünülmüş siyasətinin məntiqi nəticəsidir. Azərbaycanda aparılan müstəqil siyasət, uğurlu daxili islahatlar və balanslaşdırılmış xarici siyasət daha davamlı inkişafımıza əsaslı zəmin yaradır". Çıxış edənlər bu reallıqları nəzərə alaraq, aprelin 11-də seçiciləri seçki məntəqələrinə gedərək, Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz Lideri Cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Çıxış edən seçicilər Azərbaycanın bölgədə sabitlik və təhlükəsizlik məkanı olmaqla, aparıcı rola malik olduğunu bildirərək, əmin-amanlığın və sabitliyin davamlı olması üçün Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Zirvə görüşü konsert proqramı ilə davam edib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB