11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahı Zaqatala rayon şöbəsi Göyəm kənd seçicilərilə görüş keçirib. Görüşdə 200 nəfər seçici iştirak edib.
Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Zaqatala rayon şöbəsinin və rayon təşkilatının sədri Habil Qurbanov bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Möhtərəm Prezidentimiz İlham Əliyev hakimiyyətdə olduğu 15 il ərzində Azərbaycanı dünyanın aparıcı və lider dövlətinə çevirib: "Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində dünyanın söz və nüfuz sahibi olan, hesablaşdığı dövlətlərdən biri olan Azərbaycanın nailiyyətləri, qələbələri və zəfərləri gündən-günə artır. Heç şübhəsiz ki, bunların da kökündə və mahiyyətində Cənab İlham Əliyevin müdrik və uzaqgörən daxili və xarici siyasət kursu, müstəqil dövlət siyasəti dayanır". H.Qurbanov seçiciləri prezident seçkilərində yaxından iştirak edərək, layiqli namizəd olan Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Milli Məclisin deputatı Kamilə Əliyeva çıxışında bildirib ki, Cənab İlham Əliyev Azərbaycanı uğurlu gələcəyə aparan müdrik siyasətçidir və Onun yorulmaz fəaliyyəti nəticəsində, Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib. Artıq bütün dünya dövlətləri ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir. O, bu uğurların davamı naminə hər bir seçiciləri 11 apreldə keçiriləcək prezident seçkilərində Cənab İlham Əliyevə səs verməyə çağırdı.
Görüşdə çıxış edən təbliğat qrupunun üzvləri Əsgər Məmmədov, Gülnigar Məmmədova, Kəmalə Əhmədova, Xanım İsayeva və Namidə Süleymanova çıxışlarında Cənab İlham Əliyevi birmənalı olaraq, alternativsiz namizəd kimi gördüklərini qeyd edib, Azərbaycanın sürətli inkişafının gələcək təminatçısı kimi ölkə rəhbərinin uğurlu fəaliyyətini vurğulayaraq, hamılıqla Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB