Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ucar rayon şöbəsi Zirvə görüşü-mitinq keçirib. Mintinqdə rayon sakinləri, ziyalılar, qadınlar, gənclər və ağsaqqallar aktiv iştirak etdilər.
Mintinqi giriş sözü ilə YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin və YAP Ucar rayon təşkilatının sədriŞəhla Abdullayeva açaraq bildirdi ki, qüdrətlənən Azərbaycanın daha bir əhəmiyyətli hadisə ərəfəsində olduğunu bildirib. Şəhla Abdullayeva bir neçə gündən sonra xalqımızın növbəti dəfə prezident seçkilərində iştirak edəcəyini bildirərək, ölkədə mövcud olan xalq və iqtidar birliyinin hökm sürdüyünü diqqətə çatdırıb: "Məhz bu sarsılmaz birliyin nəticəsidir ki, ölkəmiz son 15 ildə sürətlə inkişaf etmiş, xalqımızın sosial-rifah halı daha da yaxşılaşdırılmışdır. Son 15 ildə Azərbaycan daha möhtəşəm uğurlara imza atmışdır. "İlhamla irəli" şuarını seçməkdə məqsəd mövcud siyasətin davamı ilə daha möhtəşəm qələbələri hədəf kimi göstərməkdir. Azərbaycan vətəndaşları bu inkişafı gündəlik həyatlarında hiss edirlər. Mütəmadi olaraq bölgələrə səfər edən dövlətimizin başçısı İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşündə onları maraqlandıran məsələlərlə yaxından tanış olur, həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlarını verir. Cənab İlham Əliyev hər kəsin Prezidenti olduğunu uğurlu addımları ilə təsdiqləyir. Azərbaycan vətəndaşları irəli sürülən bütün təsəbbüsləri dəstəkləyir, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə həyata keçirilən siyasətə inam və etimadlarını nümayiş etdirirlər. Bu gün ölkəmizdə mövcud olan sabitlik, güclü iqtisadiyyat gələcək inkişafın əsasını təşkil edir". Şəhla Abdullayeva bu uğurların davamlı olması üçün ucarlı seçiciləri partiyanın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Təbliğat qrupunun üzvüləri Milli Məclisin deputatı Vüsal Hüseynov, Bakı Dövlət Unveristetinin professoru, fizika, riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyyasının Riyaziyyat və Mekanka İnistutunda aparıcı elmi işçi, "Əməkdar müəllim"Nadir Süleymanov, Yaqut Zeynalova, Rahib Rəsulov və Alı Babayev çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında 2003-2018-ci illərdə müstəqil Azərbaycanımızın qazandığı mötəşəm tarixi naliyyətlər haqqında ətraflı məlumat verərək seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi, cənab İlham Əliyevə səs verməyə çağırdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB