11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbirlər Tərtər rayonununda davam etdirilib. SİA-nın verdiyi məlumata görə, növbəti təbliğat-təşviqat tədbirləri bu gün rayonun İrəvanlı kəndində 340 nəfər, rayonun Mamırlı, Poladlı kəndlərində 680 nəfər seçicilərin iştirakı ilə keçirilib.
Təbliğat-təşviqat kompaniyası çərçivəsində İrəvanlı kəndində keçirilən tədbiri YAP rayon təşkilatının sədri Ramiz Şabanov, Mamırlı, Poladlı kəndlərində isə keçirilən tədbiri YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov açaraq çıxış ediblər.
Mitinq-görüşlərdə çıxış edənlər qeyd ediblər ki, 2003-2018-ci illər ərzində Azərbaycan iqtisadiyyatı dinamik inkişaf əldə edib, ölkəmizdə sahibkarlığın inkişafına, xarici kapital yatırımı üçün münbit şərait yaradılıb, ölkəmizin iqtisaidyyatına bu günədək 230 milyard dollardan artıq sərmayə qoyulub.
Ölkəmizdə demoqrafik inkişaf yüksək həddə çataraq son 15 ildə əhalimiz 1,5 milyon nəfər artıb.
Ölkədə sosial siyasət daha da gücləndirilmiş, əhalinin sağlamlığına diqqət artırılıb, artıq bir neçə ildir, ölkə başçısının bu sahəyə diqqət və qayğısı və göstərişi əsasında Azərbaycan əhalisi hər il pulsuz tibbi müayinədən keçirilir.
Azərbaycan texnoloji cəhətdən inkişaf etdirilmiş ölkəyə çevrilib, dövlətimiz kosmik dövlətlər cərgəsindədir.
Hazırda bizim iki peykimiz var. Üçüncü peyk isə bu il orbitə buraxılacaq. Bu isə yeni texnologiyadır, təhsildir, biznesdir, inkişafdır.
Təbliğat-təşviqat kompaniyası ilə əlaqədar keçirilən tədbirdə rayon təbliğat-təşviqat qrupunun üzvü Faiq Məmmədov, Afaq Məmmədova, İrəvanlı kənd sakinləri Əzminə Qasımova, İqbal Həsənov, Namiq Məmmədov, Mamırlı kənd sakinləri Məzahir Cəfərov, Zenfira Quliyeva, Şakir Qaracayev və Poladlı kənd sakini Məhəbbət Səlimova çıxış edərək, ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətinin xalq tərəfindən bir mənalı şəkildə dəstəklədiyini qeyd edib, 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində YAP-ın namizədi İlham Heydər oğlu Əliyevin xalq tərəfindən yekdilliklə Prezident seçiləcəyinə əmin olduqlarını bildiriblər.
Mitinq-görüşlər yüksək fəallıq şəraitində keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB