Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Kürdəmir rayonunda uğurla davam edir. Cənab İlham Əliyevin təbliğat–təşviqat kampaniyası çərçivəsində növbəti görüşlər rayonun Dəyirmanlı, Mürtülü, Muradxan, Çöl-Ərəb, Sor-Sor kəndlərində və şəhər 2 saylı tam orta məktəbin kollektivi ilə keçirilib.
Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahı Kürdəmir rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Ağali Kərimli cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, infrastruktur layihələrinin əhəmiyyətindən danışıb: "Son 15 ildə görülən işlər, imzalanan Fərman və sərəncamlar, müxtəlif sahələri əhatə edən proqramlar cənab İlham Əliyevin hər bir vədinin arxasında konkret əməli işin dayandığını təsdiqləyir".
A.Kərimli rayon sakinlərini aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandıran, xalqımızın alternativsiz lideri cənab İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıb.
Təbliğat qrupunun üzvlərindən Sabir Novruzov, Yaqut Əşrəfova, Valeh Qaraşov bildiriblər ki, biz şərəfli bir yolla, inamla, qürurla, iftixarla irəliləyirik. İllərdir bu yol bizi qələbələrə, yeni uğurlara, yeni nailiyyətlərə aparır. Cənab İlham Əliyev 15 illik fəaliyyəti dövründə hamıya göstərdi ki, dövlətini, millətini çox sevir. Bu müddətdə ölkəmizin siması bütünlüklə dəyişilib, insanların həyatı yaxşılaşıb. Çıxış edənlər prezident seçkilərinin demokratiya yolunda növbəti addım olacağını vurğulayıblar: "Geridə qoyduğumuz 15 ili ötəri nəzərdən keçirmək belə kifayət edir ki, ölkəmizin, xalqımızın və dövlətimizin gələcəyini önümüzdəki illərdə də partiyamızın Sədri cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasətinə etibar edək".
Seçicilərdən Mehman Ələkbərov, Mahirə Cəfərova, Anar Osmanov, Məmməd Abuşov, İlqar Rəsulov, Mirtalıb Mahmudov, Əliyusif Hüseynov çıxış edərək bildiriblər ki, Ümummilli Liderimizin siyasi kursu bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bizlər hamılıqla 11 aprel tarixində seçki məntəqələrinə gələrək tərəddüd etmədən, mütəşəkkil qaydada cənab İlham Əliyevə səs verərək davamlı inkişafımızı dəstəkləmiş olacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB