Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı YAP-ın prezident seçkilərində namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında növbəti görüşü rayonun Samux şəhər və Qarayeri qəsəbəsinin seçiciləri ilə keçirib.
Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Samux rayon şöbəsinin və YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov 15 il ərzində ölkəmizin qazandığı misilsiz nailiyyətlər haqqında geniş məlumat verərək deyib ki, bu 15 il Azərbaycan dövlətçilik tarixinə sürətli inkişaf və sabitlik dövrü kimi parlaq hərflərlə yazılıb. O, qarşıda yeni hədəflərin dayandığını vurğulayaraq Azərbaycanın daha böyük zirvələr fəth etməsi, vətəndaşlarımızın daha yüksək həyat standartlarının təmin olunması, Azərbaycanın dünya birliyində mövqelərinin daha da möhkəmləndirilməsi naminə bütün seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Seçicilərlə görüşdə iştirak edən YAP Mərkəzi Seçki Qərargahının üzvü, professor, Əməkdar həkim, Əməkdar elm xadimi Surxay Musayev 2003-cü ildən bəri keçilən böyük inkişaf yolunun əsas parametrləri haqqında fikirlərini bölüşüb, Azərbaycanın təhsil sahəsində qazandığı nailiyyətləri diqqətə çatdırıblar. Qeyd olunub ki, möhtərəm Prezidentimiz İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu təsdiq edib. İslahatların ardıcıllığını, uğurların davamlılığını təmin etmək üçün hamılıqla 11 apreldə seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verməliyik.
Görüşdə çıxış edən YAP Samux rayon təşkilatının seçki qərargahının üzvləri və rayon sakinləri ölkəmizin son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazandığı uğurlar barədə geniş məlumat verərək Samux rayon seçicilərini aprelin 11-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB