Daşkəsənlilərin seçimi: Azərbaycanın xoş gələcəyinin təminatçısı İlhamla irəli!

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon şöbəsinin 11 aprel 2018-ci il tarixinə təyin edilmiş prezident seçikiləri ilə bağlı Daşkəsən şəhərinin mərkəzində təşkil edilmiş möhtəşəm mitinq-görüşə 8 min rayon sakini qoşulub.

Azərbaycan Respublikasının üçrəngli bayrağı və Yeni Azərbaycan Partiyasının bayrağı ilə bəzədilmiş meydanda seçicilər böyük coşqu və yüksək əhval–ruhiyyə ilə iştirak ediblər.

Heydər Əliyev Mərkəzinin qarşısından yüzlərlə gənc – “Yaşasın Müstəqil Azərbaycan!”, “İlhamla irəli” şüarlarının sədaları altında mitinq-görüş təşkil olunmuş meydana ürəklərinin hökmü, gənclik eşqi ilə yürüş eddilər.

Mitinqdə Milli Məclisin deputatı Kamran Bayramov və YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev iştirak ediblər.

Möhtəşəm mitinq-görüşü YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev açaraq seçkilərə rayonda görülən hazırlıq işlərindən danışıb. Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyevin 15 ildən bəri Azərbaycanda apardığı çox uğurlu daxili və xarici siyasətdən ürək dolusu danışıb, beynəlxalq aləmdə İlham Əliyevi əfsanəvi layihələri həyata keçirən bir lider kimi məşhur olmasını xüsusi vurğulayıb: "Bu gün siz hər biriniz buraya bu cür siyasi liderə öz hörmət və istəyinizi, məhəbbətinizi bildirmək üçün gəlmişsiniz. Artıq Daşkəsəndə biz 5-ci mitinq-görüşü keçiririk. Minlərlə sizi kimi seçicilər öz fəallıqları ilə, istək və arzularını bildirərək İlham Əliyevə səs verəcəklərini dönə-dönə ifadə etmişlər.Bu, bir həqiqətdir ki, İlham Əliyevin 15 il ərzində görüdüyü işlər Azərbaycan xalqının ürəyində özünə qarşı böyük uğurlu ideoloji təminat yaratmışdır".

Sonra Daşkəsən şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbin direktoru Sevil Ələsgərova, Qaraqullar kənd sakini Aygün Bağırova, Səyyarə Rəsulova və digər çıxış edənlər də ölkəmizdə aparılan çox uğurlu daxili və xarici siyasətdən, dinamik inkişafdan və böyük islahatlardan danışıblar. Rəhbərlik etdikləri kollektivlərlə və öz yaxınları ilə birlikdə 11 aprel 2018-ci il tarixə təyin edilmiş Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə “HƏ” deyəcəklərini söyləyiblər.

Daşkəsənlilərin mitinq-görüşü seçicilərin yüksək fəallığı şəraitində, ruh yüksəkliyi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə