Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının İmişli rayon şöbəsi prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Bu gün rayonun Qaravəlli və Mirili kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev geniş və ətraflı çıxış edib. YAP Mərkəzi Seçki Qərargahının İmişli rayon şöbəsinin təbliğat qrupunun üzvləri Dünyamalı Əliyev və Teymur Qarayev, Adəm Səfərov və şura üzvü Həsən Hüseynov çıxış ediblər.
Kənd ağsaqqallarından Hacı Muradov, ziyalılar və gənclər kənd camatı adından çıxış edərək YAP–ın namizədi cənab İlham Əliyevə yekdilliklə səs vercəklərini bəyan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB