Bakı Biznes Mərkəzində “Modern İnkişaf və Ailə” İctimai Birliyinin (İB) təşəbbüsü ilə keçirilən görüşdə çıxış edən qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, ziyalıların, elm adamlarının yekdil fikri bu oldu ki, daha qüdrətli Azərbaycanın gələcəyi yalnız cənab İlham Əliyevin rəhbərliyi ilə birlikdə mümkündür.
“Modern İnkişaf və Ailə” İB-nin sədri, YAP Qadınlar Şurasının üzvü Zərifə Quliyeva ulu öndər Heydər Əliyev irsinin tarixi əhəmiyyəti, Azərbaycan xalqına bəxş etdiyi müstəqilliyi, bu siyasəti davam etdirən cənab İlham Əliyevin qətiyyəti ilə bağlı fikirlərini bildirərək söyləyib ki, yarandığı gündən xalqı ətrafında birləşdirməklə məqsəd və məramını milyonların istək və arzularına əsasən müəyyənləşdirən partiya ictimai-siyasi prosesləri dəqiq qiymətləndirən, düşünülmüş proqnozlarla dəyərləndirən bir siyasi təşkilat kimi fəaliyyətini demokrtiyanın tələblərinə uyğun təkmilləşdirir. YAP-ın yaranması ilə demokratiya, azadlıq, müstəqillik kimi çox önəmli amillər ölkəmizdə öz təcəssümünü tapdı.
“Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri”” İB-nin sədri Azər Quliyev, “20 Yanvar şəhidləri” İB-nin Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna, şəhid ailələrinə göstərdiyü diqqət və qayğıdan bəhs edərək bildirdilər ki, aprel döyüşlərində Azərbaycan əsgərinin şücaətindən təşvişə düşən Ermənistan üzərində üstünlüyümüz müdafiə qüdrətimizin artmasını göstərir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Ağalar Bayramov cənab İlham Əliyevə həsr olunmuş şeiri ilə dövlət başçımızın qüdrətli simasını yaratdı.
Akademik Rəna Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, BDU-nun kafedra müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəllim İradə Hüseynova, YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamella Şahbazova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin modelləşdirmə kafedrasının dosenti, tanınmış rəssam, modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova ölkəmizdə uğurla davam etdirilən gender siyasətindən, qadın əməyinə göstərilən diqqətdən bəhs edərək vurğuladılar ki, ölkə rəhbəri, partiyanın sədri cənab İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf xəttində prioritetlər hərtərəfli və əhatəlidir. Bu gün respublikada genişmiqyasılı infrastrtuktur layihələri həyata keçirilir. Bu yeniliklər, ölkəmizin müasirləşdirilməsinə, dünyanın ən modern dövlətlərindən birinə çevrilməsinə yönələn layihələr respublikamıza uğur gətirir. Vahid ideya, milli maraqlar əsasında formalaşan Yeni Azərbaycan Partiyası kəmiyyət və keyfiyyət baxımından artan, yeniləşən, müasirləşən, hər zamanın partiyası olduğunu ona göstərilən xalq etimadı və inamı ilə doğruldur. Partiyanın namizədi cənab İlham Əliyevə ümumxalq etimadı bu inamın ifadəsidir.
Ölkəmizdə genişlənən sahibkarlara göstərilən diqqəti yüksək dəyərləndirən sahibkar Günel Məmmədhəsənova dövlət başçımız İlham Əliyevin ölkədə yaratdığı biznes mühitindən, iş adamlarının səmərəli fəaliyyəti üçün mövcud olan investisiya layihələrinin həllindən bəhs edərək bütün sahibkarların 11 apreldə cənab İlham Əliyevi dəsəkləyəcəklərini bildirdi.
Tədbir bədii hissə ilə davam etdirildi.
Xuraman İsmayılqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB