Təbliğat kampaniyası Cəlilabadda böyük uğurla davam edir

Prezidentliyə namizəd İlham Əliyevin seçki - təşviqat kampaniyası Cəlilabad rayonunda çoxsaylı tədbirlər vasitəsilə davam etdirilməkdədir. 5 aprel 2018-ci ildə Prezidentliyə namizəd cənab İlham Əliyevin Seçki təbliğatı kompaniyası çərçivəsidə rayonun Alar və Günəşli kəndlərində seçicilərlə görüşlər keçirilmişdir. Tədbirlərdə Milli Məclisin deputatları Mirkazım Kazımov və Malik Həsənov iştirak etmişlər.

Yüzlərlə seçicinin qatıldığı hər iki ttədbiri giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının sədri, YAP-ın seçki qərargahı Cəlilabad şöbəsinin rəhbəri Mirsüleyman Mirxaslı ulu öndər Heydər Əliyevin milli dircəliş yolunun mahiyyətindən, ölkəmizdə sabitlik və firavanlığın yaradılmasından, Ölkənin əldə etdiyi böyük nailiyyətlərdən, milli dövlətçilik konsepsiyalarından bəhs etmiş, həmin illərdə müstəqil dövlətimizin formalaşdırılmasından, dövlətçiliyimizin möhkəmləndirilməsindən və dövlət müstəqilliyimizin dönməzliyinin təmin olunmasından müxtəsər şəkildə danışmışdır. Böyük yolun bu gün də Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini, xalqımızın öz liderinin rəhbərliyi ilə qələbədən-qələbəyə, uğurdan-uğura aparıldiğını xüsusi vurğulayan YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı qeyd etmişdir ki, 2003-2018-ci illərdə həyata keçirilən müdrik daxili və xarici siyasət nəticəsində ölkəmiz zənginləşməkdə və qüdrətlənməkdə olan modern dövlət kimi regionun liderinə çevrilmiş, milli maraqlara və çağdaş dəyələrə söykənən siyasi xətt respublikamızın beynəlxalq birliyin ləyaqətli üzvü kimi qəbul olunmasına gətirib çıxarmış, iqtisadi və siyasi islahatlar paralel surətdə aparılmış, ölkəmizin müasirləşməsi davam etdirilmişdir. Nəticədə iqtisadiyyat surətlə inkişaf etmiş, əhalinin sosial rifah halı xeyli yaxşılaşmış, alıcılıq və ödəmə qabiliyyəti yüksəlmiş, təhsil, mədəniyyət və səhiyyənin tərəqqisinə nail olunmuş, demokratikləşdirmə prosesləri hərtərəfli inkişafın zəruri şərtinə çevrilmişdir. M. Mirxaslı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğundan ayrıca danışmış və bu məsələlərə İlham Əliyevin bundan sonrakı Prezidentlik dönəmində də prioritet istiqamətlər kimi xüsusi fikir veriləcəyini bildirmişdir. Ilham Əliyein seçki təşviqat kampaniyası çərçivəsində rayonda həyata keçirilən tədbirlər barədə məlumat verən rayon seçki qərargahının rəhbəri M.Mirxaslı qələbənin YAP namizədi tərəfindən mütləq şəkildə qazanılacağını, bütün cəlilabadlıların əvvəlki seçkilərdə olduğu kimi cənab İlham Əliyevə səs verəcəklərinə tam əmin olduğunu bildirmişdir.

Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğatı çərçivəsində Milli Məclisin deputatıları Mirkazım Kazımov və Malik Həsənov Azərbaycan iqtisadiyyatının inkişafından, Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlardan, enerji potensialının möhkəmləndirilməsindən və bütün bunların xalqın rifahının yaxşılaşmasına yönəldilməsindən, ölkəmiz üçün müdafiə və təhlükəsizlik sahəsində görülən işlərdən, ölkəmizdə aparılan sosial siyasətin nailiyyətlərindən, xüsusilə elm və mədəniyyətin tərəqqisindən bəhs etmiş, ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini söyləmişlər, respublikamızda gedən möhtəşəm inkişaf və modernləşmə prosesini konkret faktlar əsasında yerli şəraitlə əlaqələndirərək seçicilərə geniş şərh etmişlər.

Alar kəndində keçirilən görüşdə seçicilərdən Tibb işçisi Əfrahim Hüseynov, Ağsaqqal Həsənağa Əliyev, Təhsil işçiləri Təranə Mustafayeva, Saməddin Kərimov, İlham Mirzəyev, Ərəstun Hüseynov, Günəş Bayramova, Şəhid Atası Salaməddin Bağışov, Mədəniyyət işçisi Ədalət Məmmədov, Günəşli kəndində keçirilən görüşdə Ağsaqqal İxtiyar Bayramov, Tibb İşçiləri Hacıağa Hüseynov və Cavanşir Bağırov, Təqüdçülər Əbülfət Nəsirov, Zülfü Cəfərov, Aydın Səfərov, Məmməd Məmmədov, təhsil işçiləri Kəramət Məmmədov, Rəfiqə Əliyeva, Nizami İsmayılov və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin böyük milli dirçəliş yoluna sədaqətləri, Prezident İlham Əliyevin siyasi kursuna bu gün daha sıx bağlı olduqları barədə ürək sözlərini söyləmiş, 11 apreldə ümumxalq partiyası olan YAP-ın namizədi cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini bəyan etmişlər

Bütün xəbərlər Facebook səhifəmizdə