Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Sabunçu rayon şöbəsi tərəfindən 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon seçicilərilə növbəti görüş keçirilib.
Görüşü giriş sözü ilə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva açaraq, modernləşən və müasirləşən Azərbaycanda gedən davamlı inkişafdan danışaraq şəhərlərimizin, bölgələrimizin inkişaf və tərəqqisini qeyd edib. Ölkəmizdə xalq-iqtidar birliyinin və sabitliyimizin davamlı olmasının, məhz bütün sahələrdə sürətli inkişaf tempi yaratmasına əsas olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılması istiqamətində ölkəmizdə genişmiqyaslı sosial siyasət aparılır. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Təbii ki, ölkəmizdə görülən işlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi və yoxsulluğu aradan qaldırmaqdır.
M.Abasquliyeva bildirib ki, bugünkü rifah və xoşbəxt həyata görə hər bir vətəndaş, məhz Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, Möhtərəm İlham Əliyevə səs verəcəkdir: "Sabunçu seçicilərinin seçimi dəyişilməzdir - İlhamlı sabahlara doğru, "İLHAMLA İRƏLİ!".
Görüşdə çıxış edən partiya fəallarından professor Rasim Nəbiyev, millət vəkili Dilarə Cəbrayılova, YAP Sabunçu rayon qadınlar şurasının sədri Ramidə İbrahimova son illərdə həyata keçirilən abadlıq-quruculuq işlərinin rayonların, kəndlərin inkişafında mühüm rol oynadığını bildirərək, bir sıra təhsil, səhiyyə və mədəniyyət ocaqlarının təmir olunduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Cənab İlham Əliyevə səs vermək, möhtəşəm nailiyyətlərin davamlı olmasına, iqtisadiyyatımızın daha da inkişafına, vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəlməsinə səs vermək deməkdir. Çıxış edənlər bir daha seçiciləri 11 apreldə YAP-ın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşdə iştirak edən seçicilər Azərbaycanın daha da inkişafı naminə Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB