Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Quba şöbəsinin seçki qərargahının üzvləri 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon gəncləri ilə görüş keçiriblər.
Görüşdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Yusif Abidov dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son 15 il ərzində inanılmaz dərəcədə dəyişdiyini və inkişaf etdiyini bildirib. Qeyd edib ki, Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olub, insan hüquq və azadlıqları təmin edilib. Bütün sahələrdə olduğu kimi, ölkə başçısının gənclərə göstərdiyi diqqət və qayğıdan da danışaraq, vurğulayıb ki, Azərbaycanın hər bir yerində inşa olunan yeni-yeni Olimpiya İdman Kompleskləri gənclərin sağlam ruhda böyümələrinə zəmin yaradıb. Bu gün gənclərimiz dünyanın istənilən bir ölkəsində təhsil almaq hüququna malikdir. O, qubalı gənc seçiciləri öz hüquqlarından bəhrələnərək, partiyanın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə rayon təşkilatının təbliğat qrupunun üzvləri Həsən Günəşli və Habil Bayramlı çıxış edərək, son 15 il ərzində ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlardan söhbət açıblar. Ölkə Prezidentinin regionların sosial-iqtisadi inkişafından, ordu quruculuğundan, elm və təhsil sahəsindəki siyasətdən danışaraq, qubalı gənc seçiciləri 11 apreldə keçiriləcək prezident seçkilərində partiyanın namizədi Cənab İlham Əliyevə səs verməyə səsləyiblər.
Seçicilər adından çıxış edənlər 11 apreldə Cənab İlham Əliyevə səs verməklə xoşbəxt gələcəklərinə səs verəcəklərini bildiriblər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB