YAP Lerik rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri seçicilərlə görüşüb

YAP Lerik rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri rayonun Şingədulan və Molalan kənd seçiciləri ilə görüşüb. Görüşdə YAP Lerik rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri C.Baxşıyev və E.Qənbərov iştirak ediblər.

Görüşdə çıxış edən seçicilər aprelin 11-də seçki məntəqələrinə gələrək yekdilliklə YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə