11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahı Xaçmaz rayon şöbəsi rayonun Dədəli və Bostançı kənd seçiciləri ilə növbəti görüşlər keçirib.
Görüşü YAP Xaçmaz rayon təşkilatının sədr müavini Abasyar Heydərov açaraq, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində, ölkəmizin son illərdə qazandığı uğurlardan danışıb. O bildirib ki, artıq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən prezident seçkilərinə az bir müddət qalıb. O, seçiciləri Ulu Öndər Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən seçicilərdən Abdulrəhim Yaqubov, Nasib Hacıəhmədov, Zəhra İsayeva, Fəqan İbrahimov, Mehyəddin Mahmudov, Mahir Quliyev və başqaları Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərindən, həmçinin, Xaçmaz rayonunda görülən abadlıq-quruculuq işlərindən danışıblar. İnsanların həyat səviyyələrinin yaxşılaşdırılması istiqamətində atılan addımlara görə, Cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vurğulayıblar ki, 11 aprel tarixində keçiriləcək seçkilərdə Cənab İlham Əliyevi dəstəkləyəcəklər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB