Hacıqabullular dövlətimizin işıqlı gələcəyinə səs verəcəklər

YAP Mərkəzi Seçki Qərargahı Hacıqabul rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri aprelin 5-də seçicilərlə növbəti görüşlərini rayonun Rəncbər və Qubalıbaloğlan kəndlərində keçiriblər.

YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Milli Ordunun davamlı olaraq güclənməsi son vaxtlarda təmas xəttində Azərbaycanın üstün mövqe qazanmasını təmin edib. Şanlı aprel döyüşləri isə xalqımızın böyük zəfərinin uzaqda olmadığından xəbər verir.
2017-ci ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası təmin edilib. Eyni zamanda, Şıxarx qəsəbəsində böyük şəhərcik salınıb. İşğaldan azad edilən ərazilərdə hər cür rahatlığa malik qəsəbələrin salınması böyük rəmzi məna daşıyır. Bu kimi layihələrin icrası ilə biz dövlətimizin, xalqımızın iradəsini göstəririk. Bu, bir daha sübut edir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Biz hamımız möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində apardığı siyasətə dəstək verməklə həmişə onun yanında olmalıyıq.

YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədri Saleh Ələsgərov bildirib ki, artıq martın 19-dan etibarən təbliğat-təşviqat kampaniyasına start verilib və partiyamızın bu günə kimi keçirdiyi bütün görüşlərə seçicilər böyük maraqla qatılırlar. Bütün bunlar onu deməyə əsas verir ki, 11 apreldə xalqımız hamılıqla prezidentliyə namizəd cənab İlham Əliyevə səs verəcək. Xüsusilə hıcıqabullular həmişə ölkəmizin başçısına böyük sevgi və məhəbbətlə yanaşıblar, ona güvənc yeri kimi baxıblar.

Rəncbər kənd sakini Mirqalib Əskərov və Qubalıbaloğlan kənd sakini Mirbəşir Əsgərov çıxış edərək kənd sakinlərini Azərbaycan dövlətinin daha işıqlı gələcəyi naminə cənab İlham Əliyevə səs verməyə səsləyiblər. Vurğulayıblar ki, ölkəmizin daha güclənməsi bu seçimdən çox asılıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə