Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirilib. Görüşdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, Prezident İlham Əliyevin vətəndaşlar arasında böyük hörmət və ehtirama sahib olması həm ölkə daxilində, həm də xaricdə yaxşı məlumdur. Bunun da çox ciddi əsasları var. Dünyada baş verən mürəkkəb proseslərin fonunda Azərbaycan yüksək dinamika ilə inkişaf edir, ictimai-siyasi sabitlik təmin olunub, ölkədə lider-xalq birliyi sarsılmazdır. Bütün bunlar cənab İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasətin nəticəsidir. Azərbaycan Prezidentinin, partiyamızın Sədrinin gördüyü möhtəşəm, əzəmətli işlər nəticəsində Azərbaycan tarixində indiyədək olmadığı qədər güclü dövlətə çevrilib.
Daxili siyasətə gəlincə, Azərbaycanda həyata keçirilən quruculuq işləri göz önündədir. Elə bir bölgəmiz yoxdur ki, orada abadlıq, quruculuq işləri getməsin. Həmçinin sosial-iqtisadi sahədə də böyük nailiyyətlər əldə olunub, bölgələrdə xeyli sayda iş yerləri açılıb, məktəblər, tibb ocaqları, mədəniyyət və idman obyektləri tiklib istifadəyə verilib. Bütün bunlar vətəndaşlarımızın rifahı, sağlamlığı, yüksək biliklərə yiyələnməsi üçündür. Əlbəttə ki, xalqımız cənab İlham Əliyevin bu siyasətini görür və ürəkdən dəstəkləyir.
Çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev qeyd etdi ki, son 15 ildə ölkəmiz yüksək inkişaf yolu keçib. Ölkə başçısı cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Xəzər rayonunda da böyük işlər görülüb. Şübhəsiz ki, bütün bunlar ulu öndər Heydər Əliyev ideyalarını layiqincə həyata keçirən Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına, tərəqqisinə yönəlmişdir. Bildiyimiz kimi, Azərbaycanda bütün sahələrdə davamlı inkişafı təmin etmək üçün konkret Dövlət proqramları həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması, təhsil, elm, mədəniyyət sahələrində əsaslı uğurların qazanılması və digər istiqamətlərdə həyata keçirilən Dövlət proqramlarının bugünkü uğurlu nəticələri bir daha sübut edir ki, məqsədyönlü şəkildə effektiv islahatlar bütün sahələrin paralel inkişafını təmin edib. Təbiidir ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir. Azərbaycan xalqı Prezidentimizin bütün sahələr üzrə uğurlu siyasətini görür və daim dəstəkləyir. İndiyə qədər keçirilən seçkilərdə cənab İlham Əliyevin parlaq qələbə qazanması məhz xalqımızın öz liderinə olan yüksək inamının ifadəsidir. Bu baxımdan, aprelin 11-də keçiriləcək növbəti prezident seçkilərində də cənab İlham Əliyevin qələbə qazanacağı şübhəsizdir. Hətta bu faktı onun opponentləri də etiraf edirlər.
Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva ölkəmizin son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərə diqqət çəkərək vurğuladı ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Vurğulandı ki, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Liderin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət xəttinə sadiqlik dayanır. Bu gün hər birimiz Azərbaycanımız naminə, Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətə dəstək olaraq, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yol ilə gedərək, dövlətimizin inkişafı üçün səylərimizi əsirgəməyərək «İlhamla irəli» addımlamalıyıq. Yeni Azərbaycan Partiyası seçkilərə böyük inamla gedir. Əminəm ki, partiyamız ötən seçkilərdə olduğu kimi, aprelin 11-də keçiriləcək prezident seçkilərində də qələbə qazanacaq.
Milli Məclisin deputatı Eldar Quliyev bildirdi ki, 11 aprel prezident seçkiləri olduqca mühüm bir siyasi hadisədir. Ümumiyyətlə, Azərbaycanda keçirilən bütün seçkilər seçici fəallığı ilə seçilib. Təbii ki, bu da xalqımızın görülən işlərə, aparılan siyasətə verdiyi qiymətdən irəli gəlir. Birmənalı şəkildə qeyd olunmalıdır ki, Azərbaycan seçicisi əsası Ulu Öndərimiz tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətini bəyənir, qiymətləndirir. İnkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərməkdədir. Həyata keçirilmiş tədbirlər respublikada əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşması üçün əsaslı zəmin yaradıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilk gündən bəyan edib ki, bizim siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Atılan bütün addımların, həyata keçirilən siyasətin də məqsədi Azərbaycan vətəndaşlarının ən yüksək həyat şəraiti ilə təmin olunmasıdır.
Görüşdə iştirak edən qadın seçicilər vurğuladılar ki, Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi ilə keçdiyi inkişaf yolunun ən mühüm keyfiyyətlərindən biri sabitlik və tərəqqinin paralel olmasıdır. İnkişafın təməli kimi dəyərləndirilən sabitliyin ölkəmizdə yüksək səviyyədə qorunması uğurların bir-birini əvəzləməsinə geniş imkanlar açır. Bu gün Azərbaycanın iştirakı olmadan regionda enerji, həmçinin nəqliyyat və iqtisadiyyat sahəsində heç bir təşəbbüs irəli sürülə bilməz. Azərbaycan enerji resurslarından əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, milli maraqlarımızın təmin edilməsi və ölkəmizin qüdrətlənməsi naminə istifadə edir. Bütün bunlar Azərbaycanı güclü, qüdrətli, müasir və sürətli inkişafa malik ölkəyə çevirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB