Ucar rayonunda prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ucar rayon şöbəsi rayonun Lək kəndində mitinq keçirib.
Mintinqi giriş sözü ilə YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin və YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq Cənab İlham Əliyevin misilsiz xidmətləri haqqında məlumat verib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və hərtərəfli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə böyük uğurlar qazanıb. Şəhla Abdullayeva bildirib ki, müasir dövlətimiz, məhz bu siyasət nəticəsində inkişaf edir.
Ş.Abdullayeva seçiciləri Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Təbliğat qrupunun üzvüləri Milli Məclisin deputatı Vüsal Hüseynov, Bakı Slaviyan Unversitetinin professoru, türkoloq, folklorşunas, ədəbiyyatşunas, tərcümə nəzəriyyəçisi, şair-tənqidçi, filalogiya elmləri doktoru, "Əməkdar müəllim" Nizami Məmmədov və Alı Babayev çıxış edərək bütün seçiciləri konstitusion hüquqlarından istifadə edərək Azərbaycan dövlətinin gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edən bu seçkilərdə fəal iştirak etməyə, aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri Cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər adından Sevda Abdullayeva və İbiş Məmmədov çıxış edərək bildiriblər ki, Azərbaycanın dinamik inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Çıxış edənlər sonda seçkilərdə İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB