Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonunda növbəti görüş rayonun Türyançay qəsəbəsində keçirilib.
Çoxsaylı seçicilərin qatıldığı görüşü millət vəkili Cavid Osmanov açaraq ölkədə keçiriləcək prezident seçiklərinə saylı günlər qaldığını və kampaniya müddətində görülən işlərdən və bu seçkilərdə də namizədliyi irəli sürülmüş hazırkı ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən bəhs edib.
Seçicilərlə görüşdə millət vəkili Elman Nəsirov çıxış edərək son 15 il ərzində Azərbaycan keçdiyi inkişaf yolundan və görülən bu işlərin cənab prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olması haqqında görüş iştirakçılarına məlumat verib.
Seçicilər adından çıxış edənlər – Tahirə Məcidova, Cavanşir İbrahimov, İlham Mehdiyev və Cəmilə Gözəlova qeyd ediblər ki, onlar seçimlərini 1993-cü ildən ediblər. Ötən illər ərzində keçirilən bütün seçkilərdə bu siyasi kursa sadiq qaldıqlarını və 11 aprel tarixində də bu seçimdə qalacaqlarını yekdilliklə bəyan ediblər. Görüş iştirakçıları öz seçimlərini ölkədə görülən müsbət işlər, gündən-günə inkişaf edən bir ölkədə yaşadıqları, möhkəm təməlli sabitliyin bərqərar olması ilə əsaslandığını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB