YAP Mərkəzi Seçki Qərargahının Quba rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində rayonun səhiyyə işçiləri ilə görüş keçirilib.
Görüşdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov çıxış edərək bildirib ki, ölkə Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, xalqımızın ali mənafeyini ifadə edən avanqard gücdür: "Bu gün Yeni Azərbaycanın Partiyasının Sədri Cənab İlham Əliyev xalqımızın alternativsiz seçimidir. Azərbaycan ictimaiyyəti, o cümlədən, Quba seçiciləri Prezident İlham Əliyevi birmənalı şəkildə dəstəkləyir". Rayon təşkilat sədri Azərbaycanda ötən 15 il ərzində iqtisadi irəliləyişin, dövlətin iqtisadi potensialının artmasının səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunmasına səbəb olduğunu da bildirib. Bütün sahələrə olduğu kimi səhiyyəyə də hər il böyük həcmdə investisiyalar yatırılmaqdadır. Y.Abidov qeyd edib ki, məhz bu nailiyyətlərimizə görə də, hamımız bir nəfər kimi uğurların davamlı olması üçün 11 apreldə seçki məntəqələrinə gələrək, Azərbaycanın, dövlətin, xalqın qarantı olan İlham Əliyevə səs verək.
Rayon şöbəsinin təbliğat qrupunun üzvləri Həsən Günəşli, Elza Orucova, Əliyar Sərvərov, Habil Bayramlı, Hüseyn Kərimov, Mərkəzi Rayon Xəstəxanasının müdiri Əliyar Sərvərov çıxış edərək Azərbaycanın son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın nüfuzlu ölkələrindən birinə çevrildiyini vurğulayıblar. Qeyd olunub ki, bütün sahələrdə olduğu kimi, səhiyyə sistemində islahatların davam etdirilməsi, ölkə əhalisinin keyfiyyətli və əlverişli şərtlərlə tibbi xidmətlə təmin olunması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin əsasını təşkil edir. Çıxışlarda vurğulanıb ki, ölkəmizdə həyata keçirilən siyasətin nəticələrini hər vətəndaş, o cümlədən, Quba sakinləri həyatlarında hiss edir və aprelin 11-də seçicilər hamılıqla İlham Əliyevə səs verəcəklər.
Seçicilər də Prezident seçkilərində fəal iştirak edəcəklərini və partiyanın namizədi Cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB