İmişli rayonunda seçicilərlə görüş davam edir

İmişli rayonunda YAP-nın Prezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqat kompaniyası davam edir. Bu gün rayonun Telişli, Alahmədətli, Məmmədli, Əliyetməzli və Ağamalılar kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev geniş və ətraflı çıxış edib. YAP rayon təşkilatının qərargah üzvü Dünyamalı Əliyev və Teymur Qarayev, Şura üzvü Həsən Hüseynov çıxış ediblər.

Kənd ağsaqqallarından Amanxan Niftaliyev, ziyalılar və gənclər kənd camatı adından çıxış edərək YAP–ın namizədi cənab İlham Əliyevə yekdilliklə səs vercəklərini bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə