AP Şəmkir rayon təşkilatı müşahidəçilərlə görüş keçirib

11 apreldə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Şəmkir rayon təşkilatında ərazidə yerləşən seçki məntəqələrində seçki günü səsvermə prosesini izləyəcək məşvərətçi səs hüquqlu üzvlərlə və müşahidəçilərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Seçki Məcəlləsində məşvərətçi səs hüquqlu üzvlərin və müşahidəçilərin hüquq və vəzifələrini açıqlayaraq bildirib ki, eyni hüquqlara malik yerli və beynəlxalq müşahidəçilər seçici siyahıları ilə tanış olmalı, seçki bülletenlərinin verilməsinə nəzarət etməli, səsvermə prosesinin obyektiv, şəffaf keçirilməsinə diqqət yetirməlidirlər.

Seçicilərin sayını hesablamaq, müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək səlahiyyətlərinə malik müşahidəçi səsin etibarlılığının yoxlanılmasına da diqqət yetirməlidir. YAP-ın Şəmkir rayon təşkilatı tərəfindən ərazidəki seçki məntəqələrində seçkilərə nəzarət edəcək məşvərətçi səs hüquqlu üzvlərin və müşahidəçilərin suallarını cavablandıran Fəxrəddin Vəliyev bildirdi ki, səsvermə prosesində demokratiyanın tələblərinə uyğun obyektivliyin gözlənilməsi müşahidəçilərin riayət etməli olduqları başlıca vəzifələrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə