Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Qəbələ rayonunda uğurla davam etdirilir. Növbəti görüş rayonun Mıxlıqovaq kəndində keçirilib.Tədbirdə qonşu Kötüklü və Solquca kəndlərinin seçiciləridə fəal iştirak edib.
Mıxlıqovaq kəndində seçicilərlə keçirilən növbəti görüşdə Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının sədr müavini, YAP Mərkəzi Seçki Qərargahı Qəbələ rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Elçin Tağıyev tədbiri açaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, infrastruktur layihələrinin əhəmiyyətindən danışıb . Natiq bildiribki son 15 il ərzində ölkəmizin siması bütünlüklə dəyişilib, insanların həyatı yaxşılaşıb. Azərbaycan qarşıdakı illərdə daha güclü, daha modern və inkişaf etmiş ölkəyə çevirəcək, gələcəyə yeni imkanlar açacaq. O, ölkə rəhbəri cənab İlham Əliyevin tapşırığı ilə Qəbələnin rayon mərkəzində və kəndlərində aparılan quruculuq-abadlıq işlərindən geniş danışıb. E.Tağıyev bildirib ki, dövlət başçısının diqqəti və qayğısı nəticəsində bu gün istər iqtisadi, istər sosial, istərsə də siyasi sferalarda mühüm inkişafa nail olunub. Natiq bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Ona görə də qazanılan bütün uğurları düzgün qiymətləndirərək 11 aprel 2018-ci il prezident seçkilərində xalqın yalnız bir seçimi olacaq və bu seçim də cənab İlham Əliyevdir.
Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Qəbələ rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Telman Abduxalıqov son 15 ildə ölkəmizin iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verərək deyib ki, bu dövr ərzində həyata keçirilən ardıcıl islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə yüksəlib. Sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb, işsizliyin səviyyəsi 5 faizə enibdir. T.Abduxalıqov bütün sahələr üzrə əldə olunan yüksək inkişaf göstəricilərinə nəzər salaraq bütün bunların əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olduğunu vurğuladı. və seçiciləri qarşıdan gələn Prezident seçkilərində yekdilliklə iştirak etməyə, son illərdə ölkəmizi tərəqqiyə, xalqımızı firavanlığa aparan liderə səs verməyə çağırdı.
Tədbirdə həmçinin kənd sakinlərindən Maarif İsmayılov, İlham Şirinov, İslam Abdurahmanzadə, Tamara Mikayılova, İqbal Xəlilli, Qəmbər Qəmbərov, Əfqan Abdurahmanov, Tahir Ağakişiyev, Səbuhi Nəbiyev, Vaqif Səmədov və digərləri çıxış edərək cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin bütün sahələrdə əldə etdiyi uğurlar haqqında geniş məlumat veriblər. Çıxış edənlər əminliklə bildiriblər ki, xalqımızın mütləq əksəriyyəti aprelin 11-də keçiriləcək prezident seçkilərində ən doğru seçim edərək cənab İlham Əliyevə səs verəcəklər!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB