Qusar rayon təhsil işçiləri İlham Əliyev siyasətinə səs verəcəklər
YAP Mərkəzi Seçki Qərargahının Qusar rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində rayonun təhsil işçiləri ilə görüş keçirilib.
Görüşdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək, ölkədə iqtisadiyyatın inkişafı üçün həyata keçirilən layihələrdən, qeyri-neft sektorunun ildən-ilə inkişafından, insanların yaşayış səviyyəsinin yüksəlməsindən danışaraq, bütün sahələrdə olduğu kimi, təhsilə də dövlət tərəfindən böyük diqqət ayrıldığını diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizdə son 15 ildə təhsilin inkişafı üçün mühüm olan dövlət proqramları qəbul edilib, islahatlar aparılıb.
Rayon təşkilatı sədri təhsil işçilərini seçkilərdə fəal şəkildə iştirak etməyə və partiyanın prezidentliyə namizədi Cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətə səs verməyə səsləyib.
Görüşdə çıxış edən Milli Məclisin üzvü Azər Badamov və YAP Qusar rayon təşkilatının sədr müavini Nadirşah Şirinov Azərbaycanda uğurla həyata keçirilən intellektual potensialın inkişaf etdiyini və Prezident İlham Əliyevin elmə və təhsilə daim diqqət göstərdiyini bildiriblər. Azərbaycanda neft kapitalının intellektual kapitala çevrilməsi istiqamətində böyük işlərin görüldüyünü deyərək, təhsil işçilərini 11 apreldə Cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər adından çıxış edən Rəvanə Ağamirova, Rüxsarə Məmmədova, Nəzifə Sultanova və Əminə Cəfərova 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində birmənalı olaraq, Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB