Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsi namizədliyi YAP tərəfindən irəli sürülən Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qobustan rayon ağsaqqalları ilə görüş keçirib.
Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin sədri Füzuli Gülaliyev Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində, ölkəmizin son illərdə qazandığı nailiyyətlərdən bəhs edib. O, qeyd edib ki, Azərbaycan 2003-cü ildən bu günə qədər hərtərəfli inkişaf yolu keçib, bütün sahələrdə çoxsaylı uğurlar əldə olunub və bunlar da, gələcəyə optimist baxmağa əsas yaradır.
Haqqa, ədalətə önəm verən, xalqını, vətənini dərin məhəbbətlə sevən, fəaliyyəti ilə əməlləri bir olan Liderə, qətiyyətli rəhbərə, müdrik siyasətçi İlham Əliyevə həmişə arxalandıqlarını diqqətə çatdıran Füzuli Gülaliyev Qobustan rayon ağsaqqallarını Ulu Öndər Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Azərbaycan Milli Elmlar Akademiyasının Riyaziyyat-Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib ki, bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev vətəndaşların arzularının reallaşması istiqamətində davamlı və qətiyyətli siyasət yürüdür və bu səbəbdən, Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib və hərbi potensialımız olduqca yüksək səviyyədədir. Misir Mərdanov, xüsusilə qeyd edib ki, bütün bunlar Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezidentimiz tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarıdır və bu uğurların davamı naminə hər bir seçici 11 apreldə keçiriləcək prezident seçkilərində Cənab İlham Əliyevə səs verməlidir.
YAP Qobustan rayon təşkilatı Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramov çıxış edərək bildirib ki, rayon ağsaqqalları özlərini heç vaxt ölkəmizdəki inkişaf proseslərindən kənarda hiss
etməyib, ağsaqqalların hüquqlarının qorunması, onların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindən biri olub və rayon ağsaqqalları bütün bunları nəzərə alaraq, prezident seçkilərində yaxından iştirak edərək, xalqın namizədi olan Cənab İlham Əliyevə səs verəcəklər.
Tədbirdə çıxış edən ağsaqqal seçicilərdən Hacı Həqiqət Rəcəbov, Hacı Bayram Baloğlanov, Əlisəfa Cəbiyev, Təhmuraz Ağaquliyev, Babaxan Xocaməmmədov Kəlbalı və başqaları ölkə vətəndaşlarının o cümlədən, rayon ağsaqqallarının prezident seçkilərində yaxından iştirak edərək, ən layiqli namizəd olan Cənab İlham Əliyevə səs verəcəklərinə əminlik bildiriblər.
İnam HACIYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB